Macarıstan-Azərbaycan biznes forumu keçirilmişdir

Macarıstanın dövlət katibi, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Peter Siyarto Azərbaycan nümayəndə heyətinin ölkəsinə səfərindən məmnunluğunu ifadə etmiş, biznes forum, işgüzar görüş və investisiya imkanlarına dair təqdimatların sahibkarlar arasında əməkdaşlığın daha da genişlənməsində, ikitərəfli ticarət əlaqələrinin inkişafında əhəmiyyətli olduğunu vurğulamış, hər iki ölkənin iqtisadi sahədə böyük potensiala malik olduğunu bildirmişdir.
Azərbaycanın iqtisadi inkişaf naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Şahin Mustafayev ölkələrimiz arasında iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini, dövlət başçılarının qarşılıqlı rəsmi səfərlərinin, aparılan danışıqların ikitərəfli əlaqələrin genişlənməsində əhəmiyyətini vurğulamışdır.
Bildirilmişdir ki, Azərbaycanda Macarıstan kapitallı 4 şirkət fəaliyyət göstərir. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 2,6 dəfə artmışdır. Azərbaycan və Macarıstan arasında iqtisadi sahədə əməkdaşlığın inkişafında hökumətlərarası komissiyanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın daha da inkişafı üçün Azərbaycan və Macarıstan arasında siyasi, hüquqi və iqtisadi zəminin mövcud olduğunu qeyd edən nazir Şahin Mustafayev kənd təsərrüfatı, tikinti, enerji, İKT, turizm, səhiyyə və maliyyə sahələrində əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirmişdir.
Azərbaycanda sənaye parklarının yaradılması istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran nazir, bu sahədə Macarıstan şirkətlərini fəal əməkdaşlığa dəvət etmişdir.
Macarıstanın İnvestisiya və Ticarət Agentliyinin (HİTA) sədri Erjebet Doboş ölkəsinin iqtisadiyyatına, AZPROMO-nun prezidenti vəzifələrinin icraçısı Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanlarına, Azərbaycan İnvestisiya Şirkətinin icraçı direktoru vəzifəsini icra edən Rövşən Nəcəf təmsil etdiyi qurumun fəaliyyəti və həyata keçirdiyi layihələrə dair təqdimatlarla çıxış etmişlər.
Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsinin idarə heyətinin sədri Xaliq İldırımzadə ölkədə sahibkarlığın inkişafına göstərilən diqqət və qayğı nəticəsində gənclər arasında işgüzar fəallığın artdığını vurğulamış, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir.
Tədbir çərçivəsində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Macarıstan İşverənlər və Sənayeçilər Konfederasiyası arasında, Macarıstan Gənc Sahibkarlar Milli Assosiasiyası ilə Azərbaycan Gənc Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlığa dair anlaşma memorandumları imzalanmışdır. Bundan əlavə, biznes forum zamanı Macarıstanın "Hartong-Malt KFT" şirkəti ilə Azərbaycanın "Prestij-Naxcivan Pivesi" şirkəti arasında pivə istehsalı üçün xammal təchizatına dair müqavilə imzalanmışdır.
Biznes forum iş adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir.
Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Macarıstanda bir sıra görüşlər keçirəcək, istehsal müəssisələrinin fəaliyyəti ilə tanış olacaqdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında