Azərbaycanın və Argentinanın milli xəbər agentlikləri arasında informasiya mübadiləsi aparılacaqdır

Dünya Xəbərlər Agentlikləri Şurasının prezidenti, Latın Amerikası Ölkələri İnformasiya Agentlikləri Birliyinin sədri, Argentinanın Milli Xəbər Agentliyinin (TELAM) inkişaf meneceri Xuan Manuel Fonruj İkinci Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur. 
Görüşdə AzərTAc-ın Baş direktoru Aslan Aslanov 1920-ci ildə, Şərqdə ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış agentliyin tarixi, fəaliyyəti və beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat vermişdir.
Aslan Aslanov AzərTAc ilə TELAM arasında informasiya mübadiləsinin vacibliyini, eləcə də Azərbaycanın və Argentinanın milli xəbər agentlikləri arasında imzalanmış sazişin böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır.
Azərbaycanın və Argentinanın milli xəbər agentlikləri arasında informasiya mübadiləsinin vacibliyi fikrini dəstəklədiyini deyən Xuan Manuel Fonruj TELAM-ın AzərTAc ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirmişdir. TELAM-ın inkişaf meneceri vurğulamışdır ki, imzalanmış saziş informasiya agentlikləri arasında əlaqələrin inkişafında yeni mərhələ olacaqdır.
Tərəflər qeyd etmişlər ki, Saziş imzalandıqdan sonra AzərTAc ilə TELAM arasında münasibətlər yeni səviyyəyə yüksələcəkdir. Bu sənəd Azərbaycan ilə Argentina arasında informasiya sahəsində əməkdaşlığının daha da genişləndirilməsində mühüm rol oynayacaqdır.
Xatırladaq ki, İkinci Bakı Beynəlxalq Humanitar Forumunun "Müasir KİV-lər və yeni çağırışlar" mövzusundakı "dəyirmi masa" çərçivəsində AzərTAc ilə TELAM arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.
Sənəd tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi məqsədilə hər iki agentlik arasında xəbər, foto və video, həmçinin jurnalistika və idarəçilik sahələrində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında