Məşvərətçilər layihələrin idarə olunmasında və tərəfdaşlıq modellərinin seçilməsində diqqətli olmağı tövsiyə edirlər

İslam İnkişaf Bankınn İslam maliyyəçiliyinə dair 5-ci Qlobal Forumu çərçivəsində Məşvərətçilər Federasiyasının "Məsləhətçi şirkətlərin işində səmərəli əməkdaşlıq" mövzusunda seminarı keçirilmişdir.
Seminar iştirakçıları layihələrin idarə olunmasına və tərəfdaşlıq modellərinin seçilməsinə xüsusi diqqət yetirmişlər. Ayrı-ayrı ölkələrdə hökumətlə şirkətlər arasında bağlanmış sazişlərdə yol verilmiş nöqsanlar təhlil olunmuş, onların təkrarlanmaması üçün tövsiyələr verilmişdir. Natiqlər qeyd etmişlər ki, bu nöqsanlara mülkiyyət hüququ və onun strukturu, maliyyələşdirmə strukturu, özəlləşdirmə paketlərinin təhlükəsizliyi (bank zəmanəti) istiqamətində yol verilir. Vurğulanmışdır ki, nə qədər mükəmməl modellər olsa belə, ölkənin hüquqi və tənzimləyici bazası düzgün qurulmamışdırsa, problem ortaya çıxacaqdır. Sadalanan nöqsanlar əsasən keçmiş sovet respublikalarına aiddir.
Tələb edildi ki, pərakəndəliyə yol verilməməsi üçün federasiya üzvləri-müşavirlər dövlətlə tərəfdaşlıq etməyə üstünlük versinlər, bağlanmış sazişlər mütləq nəticəyə yönəldilsin. Çünki bir çox sazişlərin öyrənilməsi zamanı onlarda səthiliyə yol verildiyi, anlaşılmazlıqlar olduğu aşkara çıxır. Burada qanunların qəbulundan da çox şey asılıdır. Məsələn, tikintiyə dair qanunda təxminən otuz tənzimləyici qanunaltı akt olmalıdır.
İslam İnkişaf Bankının şöbə direktoru Camal əl-Saati tərəfdaşlıq strategiyasınını iyerarxiyasından söz açmışdır. Xüsusi vurğulanmışdır ki, bu strategiyada "kim kimdir" sualına aydın cavab verilməlidir. Bu sahədə müşavirlərin roluna diqqət yetirən natiq qeyd etmişdir ki, onlar ölkələrində hökumətlərinin məsləhətçisi olmalıdırlar. Hər hansı bir riskli vəziyyət yarandıqda dövlət qurumlarını xəbərdar etmək müşavirin borcudur.
Federasiyada ölkəmizi təmsil edən Azərbaycan Xüsusi Layihə Araşdırmaları Şirkətinin direktoru İbrahim Məmmədzadənin müzakirə olunan məsələ ilə əlaqədar çıxışı maraqla qarşılanmışdır. O, şirkət tərəfindən ingilis dilində hazırlanmış və Azərbaycanda infrastrukturun vəziyyəti və inkişafına həsr edilmiş səksən səhifəlik monoqrafiyanı iştirakçılara paylamışdır. Monoqrafiyada bütün infrastruktur sektorları - su təchizatı, kanalizasiya, yol, elektrik, qaz, hava və dəniz limanları və s. ilə əlaqədar məsələlər, bu məsələlərin həlli üçün lazım olan investisiya məbləği, infrastrukturun ÜDM-də rolu, tələb olunan həcmi öz əksini tapmışdır. Xatırladaq ki, həmin monoqrafiya internetdə də yerləşdirilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında