Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlər müsbət qiymətləndirilmişdir

Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqda işgüzar səfərdə olmuşdur. 
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirmiş, ölkəmizdə həyata keçirilən məhkəmə-hüququ islahatları, antikorrupsiya tədbirləri barədə müzakirələr aparmışlar. Bildirilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə korrupsiyaya qarsı mübarizə sahəsində, xüsusən də antikorrupsiya qanunvericiliyinin təkmilləşdirilməsi və mövcud beynəlxalq konvensiyaların müddəalarına uyğunlaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Dövlətimizin başçısının siyasi iradəsinə uyğun olaraq 2003-cü ildə Azərbaycan Respublikası Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında" Konvensiyasına qoşulmuşdur.
Azərbaycan Respublikasının cinayət qanunvericiliyində edilmiş dəyişikliklərə əsasən Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 5-ci (xarici vəzifəli şəxslərin rüşvətlə ələ alınması), 6-cı (xarici dövlətlərin seçkili orqanları üzvlərinin rüşvətlə ələ alınması), 10-cu (beynəlxalq parlament assambleyaları üzvlərinin rüşvətlə ələ alınması) və 12-ci (nüfuz alveri) maddələrinə dair Azərbaycan Respublikası tərəfindən edilmiş qeyd-şərtlərin ləğvi və Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sının 2003-cü il 15 may tarixli Əlavə Protokoluna (milli dövlət arbitrlərinin rüşvət istəməsi, xarici arbitrlərin, milli və xarici münsiflərin rüşvətlə ələ alınması) sözügedən sənədin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində tətbiq edilməyəcəyi barədə bəyanat ilə qoşulması ilə əlaqədar ölkədaxili prosedurlar Azərbaycan Respublikası Prokurorluğu tərəfindən həyata keçirilmişdir.
Korrupsiyaya qarşı mübarizə sahəsində prokurorluq orqanlarının üzərinə mühüm vəzifələrin qoyulması nəzərə alınaraq Prezident İlham Əliyevin 2012-ci il 30 avqust tarixli Sərəncamı ilə Avropa Şurasının "Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında Konvensiya"sına Əlavə Protokolu Azərbaycan Respublikası adından müvafiq bəyanatla imzalamaq səlahiyyəti Azərbaycan Respublikasının Baş prokuroruna həvalə edilmişdir.
Baş prokuror Zakir Qaralov oktyabrın 8-də Konvensiyanın Əlavə Protokolunu Avropa Şurasının mənzil qərargahında imzalamışdır.
İmzalanma mərasimində Avropa Şurası yanında Azərbaycan Respublikası nümayəndəliyinin müvəqqəti işlər vəkili C.Mirzəyev, Baş Prokuror yanında Korrupsiyaya Qarsı Mübarizə İdarəsinin rəisi K. Əliyev və baş prokurorun köməkçisi V.Səmədov iştirak etmişlər.
Baş prokuror Z.Qaralov Avropa Şurasının baş katibinin müavini xanım Gabriella Battaini-Draqoni ilə ikitərəfli görüş keçirmişdir. Görüşdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş qanunverici və institusional tədbirlər, o cümlədən Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılması və funksiyaları barədə ətraflı məlumat verilmiş, habelə ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərdən bəhs edən kitabçalar paylanmışdır.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində aparılmış mütərəqqi dəyişikliklər müsbət qiymətləndirilmiş, Azərbaycan Respublikası ilə Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) arasındakı uğurlu əməkdaşlıq xüsusi qeyd edilmiş, bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminlik ifadə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında