Özbəkistan Azərbaycanla iqtisadiyyatın bir çox sahələri üzrə sıx əməkdaşlıq qurmaq niyyətindədir

Oktyabrın 9-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Özbəkistan Respublikasının hökumətlərarası komissiyasının həmsədri Uluqbəy Rozuqulovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səmimilik şəraitində keçən görüş zamanı Özbəkistanla Azərbaycan arasında tarixi dostluq münasibətlərinin yüksək səviyyədə olduğu xatırlanmışdır. Qeyd edilmişdir ki, hər iki ölkənin dövlət başçıları arasında mövcud olan mehriban münasibətlər ölkələrarası əlaqələrin inkişafına da müsbət təsir göstərir.
Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın Bakıda keçirilən növbəti iclası barədə Azərbaycan Baş nazirinə ətraflı məlumat verən Uluqbəy Rozuqulov ölkəsinin Azərbaycanla kənd təsərrüfatı, maşınqayırma, avtomobil sənayesi, sərnişindaşıma, kommunal infrastruktur və s. sahələr üzrə sıx əməkdaşlıq qurmaq niyyətində olduğunu bildirmişdir.
İqtisadi əməkdaşlığın daha da genişləndirilməsi baxımından Özbəkistan tərəfinin irəli sürdüyü bütün bu təkliflərə müsbət yanaşdığını bildirən Baş nazir Artur Rasizadə ölkələrimiz arasında iqtisadi, sosial, mədəni əməkdaşlığa dair birgə layihələrin həyata keçirilməsinin hər iki tərəf üçün səmərəli olacağını vurğulamışdır. O, Azərbaycanın haqq işini dəstəkləyərək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair Özbəkistanın tutduğu prinsipial mövqeni minnətdarlıqla xatırladaraq, hökumətlərarası münasibətlərin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
Görüşdə Özbəkistan-Azərbaycan əməkdaşlığına dair qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında