İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən xarici jurnalistlərin bir qrupu AzərTAc-da olmuşdur

İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən xarici jurnalistlərin bir qrupu - Serbiyanın "Tanyuq" xəbər agentliyinin direktoru Branka Dukiç, Litvanın "ELTA" informasiya agentliyinin baş direktoru Qrajina Ramanauskayte-Tiumeneviene, "Moldavskiye vedomosti" qəzetinin şef-redaktoru Natalia Uzun, Tatarıstanın "Tatar-inform" informasiya agentliyinin baş direktorunun müavini Ləysan Abdullina, Rusiyanın "İTAR-TASS" İnformasiya Agentliyinin Beynəlxalq Əlaqələr Xidmətinin əməkdaşı Darya Ovçinnikova Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşlar.
Xarici qonaqlara AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri barədə ətraflı məlumat verən agentliyin baş direktor Aslan Aslanov İkinci Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışmışdır.
Qonaqlar İkinci Bakı Beynəlxalq Humanitar Forumunda müzakirə edilmiş mövzuların aktuallığını qeyd edərək, AzərTAc-ın rəhbərliyi ilə keçirilmiş "Müasir KİV-lər və yeni çağırışlar" mövzusunda "dəyirmi masa"nın informasiya agentliklərinin qarşısında duran problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar.
Ətraflı məlumat və səmimi görüş üçün təşəkkürlərini bildirən qonaqlar Azərbaycanda gördükləri inkişafdan məmnun qaldıqlarını demişlər. Onlar Bakının füsunkar gözəlliyinə, tikilən yeni, yaraşıqlı binalara, səliqəli küçələrə, fəvvarələrə valeh olduqlarını, Azərbaycandan çox gözəl təəssüratlarla ayrılacaqlarını bildirmişlər.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında