Gürcüstan Prezidentinin müşaviri: Azərbaycan belə mötəbər beynəlxalq məclislərə ev sahibliyi etmək üçün layiqli ölkədir

Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmişdir. 
Gürcüstanlı iştirakçı Tbilisiyə qayıtdıqdan sonra Bakı Forumundan aldığı təəssüratları AzərTAc-ın xüsusi müxbiri ilə bölüşərək demişdir: "Tədbirdə Gürcüstandan 8 nəfərlik nümayəndə heyəti iştirak etmişdir. Nümayəndə heyətimiz adından bizi belə bir mötəbər Foruma dəvət etdiklərinə görə onun təşkilatçılarına, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə təşəkkürümü bildirirəm. Biz Bakıya "Azərbaycan Hava Yolları"nın təyyarəsi ilə uçduq. Bakıda-Heydər Əliyev Aeroportunda yerə endiyimiz andan buradakı səliqə-sahmandan hiss etdik ki, Azərbaycan böyük inkişaf yolundadır və belə mötəbər beynəlxalq məclislərə ev sahibliyi etmək üçün həqiqətən layiqli ölkədir".
Müşavir bildirmişdir ki, Bakının gözəlliyi bizi heyran etdi. Azərbaycan Respublikasının paytaxtı günbəgün inkişaf edir, böyüyür. Biz Azərbaycanın dövlət başçısının ölkənin dinamik inkişafı istiqamətində yürütdüyü uğurlu siyasətin böyük nəticələr verdiyinin şahidi olduq. Dalbadal ikinci dəfə belə bir mötəbər tədbirin Bakıda baş tutması məhz bu inkişafın təzahürüdür. Onu da qeyd edim ki, bu, yalnız bizim nümayəndə heyətinin deyil, bütün Forum iştirakçılarının fikridir.
M.Qarayev sözünə davam edərək demişdir: "Forumda çoxlu aktual və maraqlı məsələlərə diqqət yetirilmişdir. İştirakçıları arasında 11 nəfər Nobel mükafatı laureatının və 10 sabiq prezidentin olduğu belə bir tədbirə qatılmağımdan çox məmnunam. Forumda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dərin məzmunlu nitqini dinlədiyim üçün özümü xoşbəxt sayıram. Bir daha əmin oldum ki, Azərbaycan dövlətinin sükanı etibarlı əllərdədir və ölkənin nüfuzu beynəlxalq aləmdə daha da artacaq, bölgədə liderlik mövqeyi güclənəcək, ərazi bütövlüyü tezliklə bərpa olunacaqdır. Sonda onu demək istərdim ki, bu cür beynəlxalq tədbirlərə belə yüksək səviyyəli ev sahibliyi etmək Bakıya, Azərbaycana böyük şöhrət gətirir və bizi çox sevindirir".

{nl}

İslam ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri 
Tbilisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında