Valdis ZATLERS: "Paytaxtla yanaşı bölgələrlə tanışlığım zamanı bütün sahələrdə inkişafın şahidi oldum"

"Azərbaycanda yenidən olmağımdan çox məmnunam. Üç il bundan əvvəl Qəbələyə gəlmişdim. Həmin ildən bəri ötən vaxt ərzində rayonda gedən bir çox dəyişikliklərin şahidi oldum. Çox güclü yenidənqurma işləri görülmüşdür".
AzərTAc xəbər verir ki, bu sözləri Qəbələnin müasir istirahət-turizm obyektləri, istehsal müəssisələri ilə yaxından tanış olan Latviyanın keçmiş Prezidenti Valdis Zatlers jurnalistlərə açıqlamasında demişdir.
Valdis Zatlers bildirmişdir ki, füsunkar təbiətə malik olan Qəbələdə "Beltmann" piano fabrikinin fəaliyyət göstərməsi, dağ-xizək yay-qış istirahət kompleksinin inşası məni çox heyrətləndirdi. Paytaxtdan uzaqda belə obyektlərin olması ölkənizin sosial-iqtisadi inkişafının göstəricisidir. Qəbələdə gördüyüm fabrik və zavodların, müasir turizm obyektlərin yüksək səviyyədə fəaliyyəti regionda həm də işsizlik probleminin həlli deməkdir. Mən hər dəfə Qəbələyə gələndə bu yerlərin gözəl mənzərəsindən zövq alıram. Ümumiyyətlə paytaxtla yanaşı, bölgələrlə tanışlığım zamanı bütün sahələrdə inkişafın şahidi oldum. Azərbaycanda özümü evdəki kimi hiss edirəm. Bu xalqın qonaqpərvərliyi və səmimiliyi məni valeh edir.
Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti haqqında danışan Valdis Zatlers son dövrlər Azərbaycanın mədəniyyətlərarası dialoqun inkişafına böyük töhfələr verdiyini bildirmişdir.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında