İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu Lerik rayonunda olmuşdur

Bakıda keçirilən ikinci Beynəlxalq Humanitar Forumunun iştirakçılarından bir qrupu respublikamızın cənub bölgəsinə səfər etmişdir.
AzərTAc xəbər verir ki, Lənkəran rayonu ilə tanışlıqdan sonra qonaqlar oktyabrın 7-də Lerik rayonuna gəlmişlər.
Forumun iştirakçılarını Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov, ictimaiyyətin nümayəndələri qarşılamışlar.
Açıq havada, çay süfrəsi ətrafında davam edən görüşdə rayonun coğrafi mövqeyi, iqtisadiyyatı, tarixi, əhalinin məişəti və məşğulluğu haqqında Forum iştirakçılarına ətraflı məlumat verilmiş, qonaqları maraqlandıran suallar cavablandırılmışdır.
Beynəlxalq Forumun iştirakçıları Lerik Uzunömürlülər Muzeyinə gələrək burada nümayiş etdirilən eksponatlara və fotoşəkillərə baxmışlar.
Qonaqlara məlumat verilmişdir ki, dünyanın ən uzunömürlü sakinləri -167 yaşlı Şirəli Müslümov və 150 il ömür sürmüş Mahmud Eyvazov Lerik rayonunda doğulmuşlar. Hazırda rayonda yaşı 100-dən yuxarı olan 17 nəfər sakin vardır.
Forum iştirakçıları Lerik Rayon Tarix-Diyarşünaslıq Muzeyində rayonun tarixini, mədəniyyətini, məişətini, məşğulluğunu əks etdirən 3 mindən çox eksponatlarla da yaxından tanış olmuşlar.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunun iştirakçıları Lerik rayonundan xoş təəssüratla ayrılmışlar.
Oktyabrın 7-də, günün ikinci yarısında qonaqlar Lənkəran Hava Limanından Bakıya yola düşmüşlər.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında