Bakıda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi Şurasının illik iclası keçirilir

Oktyabrın 8-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunda Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi Şurasının elektron texnikasının funksional materiallar problemləri üzrə bölməsinin illik iclası öz işinə başlamışdır.
AzərTAc xəbər verir ki, tədbirdə AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının Elmi Şurası çərçivəsində keçirilən iclasın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, fizikanın diqqətəlayiq sahələrindən birinə həsr olunmuş tədbirin Bakıda keçirilməsi həm vacib, həm də tamamilə məqsədəuyğundur. Çünki Azərbaycanda bu sahənin inkişafı tarixən yüksək səviyyədə olmuşdur və hazırda da həmin istiqamətdə mühüm işlər aparılır.
M.Kərimov azərbaycanlı alimlərin həmişə yarımkeçiricilər fizikası sahəsində aparıcı mövqedə olduqlarını, keçmiş SSRİ dövründə AMEA-nın Fizika İnstitutunun selen üzrə hətta baş elmi tədqiqat institutu təyin edildiyini diqqətə çatdırmışdır.
Qeyd olunmuşdur ki, dörd gün davam edəcək iclasda Azərbaycan alimləri ilə yanaşı, Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan gəlmiş tanınmış alimlərin maraqlı məruzələri dinləniləcəkdir. Yeni fikirlərin, ideyaların mübadilə ediləcəyi görüş elmin və elmi əməkdaşlığın inkişafı üçün faydalı və əhəmiyyətli olacaqdır.
Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi Şurasının sədri, akademik Fyodor Kuznetsov təmsil etdiyi qurumun fəaliyyətindən, dünyanın müxtəlif ölkələrində keçirilmiş tədbirlərdə iştirakından danışmışdır. Rusiyalı akademik Azərbaycanda yarımkeçiricilər fizikası sahəsinin yaxşı inkişaf etdiyini, alimlərin bu sahə üzrə uğurlu fəaliyyət göstərdiklərini, mühüm nailiyyətlər qazandıqlarını vurğulamışdır. Sonra o, Bakıda keçirilən görüşün əməkdaşlıq üçün yaxşı zəmin yaradacağına inamını ifadə etmiş, iclasın işinə uğurlar arzulamışdır.
Tədbirdə M.Kərimov Azərbaycan elmi ictimaiyyəti adından akademik F.Kuznetsovu anadan olmasının 80 illik yubileyi münasibətilə təbrik etmişdir.
Akademik Maqsud Əliyev AMEA-da elektron texnikasının funksional materialları sahəsində aparılmış tədqiqatların nəticələri barədə məlumat vermişdir.
Sonra iclas işini "Günəş enerjisi üçün yarımkeçirici materiallar" mövzusunda elmi sessiya ilə davam etdirmişdir. Sessiyada Rusiya Elmlər Akademiyasının müxbir üzvləri Sergey Nikitov, Boris Qribov və professor Aleksandr Nepomnyaşixin mövzuya dair məruzələri dinlənilərək müzakirə edilmişdir.
Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyası Elmi Şurasının illik iclası oktyabrın 9-da öz işini elmi sessiyalarda davam etdirəcəkdir.

{nl}

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclasları keçirilmişdir.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Palata Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə və "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 7.1-ci maddəsinə əsasən "Azercell Telekom" MMC-nin konstitusiya şikayətinə baxaraq işin icraata qəbul edilməsi haqqında qərardad çıxarmışdır. Digər iclasda isə vətəndaş Səidə Məmmədova və qeyrilərinin məhkəməyə müraciət etmək hüquqlarının pozulması ilə əlaqədar şikayətinə baxılaraq icraata qəbul edilməsi barəsində qərardad qəbul olunmuşdur.
Şikayətlərə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə müvafiq olaraq Konstitusiya Məhkəməsi Plenumunun oktyabrın 30-na və noyabrın 6-na təyin edilmiş iclaslarında baxılacaqdır.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında