Toqo Respublikasının gömrükçüləri Azərbaycan təcrübəsini öyrənəcəklər

Oktyabrın 8-də Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində (DGK) ölkəmizdə səfərdə olan Toqo Respublikasının İqtisadiyyat və Maliyyə Nazirliyinin Baş Gömrük İdarəsinin baş direktorunun müavini Ekpao Adjabonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.
DGK-nın sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Azərbaycan Gömrük Xidmətinin son 20 ildə keçdiyi inkişaf yolu, ölkədə sürətli iqtisadi inkişaf haqqında qonaqlara məlumat vermişdir.
Bildirilmişdir ki, cari ilin iyulunda Dünya Gömrük Təşkilatının Sessiyasında qaçaqmalçılıq və xüsusilə narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı dövlətlərin birgə mübarizəsi məsələsi müzakirə olunmuşdur. Müzakirələr zamanı Toqonun Gömrük Xidmətinin rəhbəri ölkəsində bu sahədə müəyyən problemlərin olduğunu söyləmişdir. "Biz bu sahədə Toqoya köməyimizi təklif etdik və səfər də bununla bağlıdır. Toqo Respublikası bizim gömrük sahəsində təcrübəmizdən yararlanacaqdır", - deyə DGK sədri vurğulamışdır.
Komitə sədri Azərbaycan ilə Toqo arasında xarici ticarət dövriyyəsinin mövcud olmadığını, bu səfərin iki ölkə arasında iqtisadi əlaqələrin yaranması və inkişaf etdirilməsinə təkan verəcəyini demişdir.
Ekpao Adjabo bugünkü görüşün gələcəkdə gömrük sahəsində ikitərəfli müqavilələrin imzalanmasına gətirib çıxaracağına ümidvar olduğunu qeyd etmişdir.
Görüşdə Azərbaycan tərəfinin qeyri-qanuni mal daşımaları, qaçaqmalçılığa qarşı mübarizə, informasiya təminatı və gömrük sistemimin müasirləşdirilməsi və kinoloji sahədə Toqoya yardım məsələləri müzakirə olunmuşdur.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında