Azərbaycan ilə Roma arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Roma Ticarət Palatasının prezidenti Con Karlo Kremonezi ilə görüşmüşdür.
Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir Azərbaycanın Avropa İttifaqı ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini, ölkəmizin Cənubi Qafqazda Avropanın əsas ticarət tərəfdaşı olduğunu və onun enerji təhlükəsizliyində mühüm rol oynadığını qeyd etmişdir. Bildirilmişdir ki, Azərbaycan və İtaliya arasında iqtisadi sahədə əməkdaşlıq inkişaf edir və yüksək səviyyəli səfərlər, keçirilən görüşlər ikitərəfli iqtisadi münasibətlərin genişlənməsində xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan iqtisadiyyatı barədə məlumat verən nazir Şahin Mustafayev ölkəmizin Cənubi Qafqazın siyasi, iqtisadi və mədəni mərkəzi olduğunu vurğulamış, yaradılmış əlverişli biznes və investisiya mühiti nəticəsində Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların həcminin ildən-ilə artdığını qeyd etmiş, ölkəmizin artan iqtisadi imkanları nəticəsində investisiya ixracatçısına çevrildiyini diqqətə çatdırmışdır.
Roma Ticarət Palatasının prezidenti Con Karlo Kremonezi Azərbaycana səfərindən məmnunluğunu ifadə etmiş, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir. Con Karlo Kremonezi Roma Ticarət Palatasının Azərbaycan və İtaliya iş adamları arasında məlumat mübadiləsinin həyata keçirilməsi sahəsində körpü rolunu oynaya biləcəyini diqqətə çatdırmışdır. İtaliyada mehmanxana, turizm və telekommunikasiya sahələrinə investisiya qoyuluşu üçün geniş imkanların olduğunu vurğulayan qonaq Azərbaycan iş adamlarını bu sahədə fəal olmağa dəvət etmişdir.
Görüşdə, həmçinin iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, investisiya imkanları, işgüzar dairələr arasında əməkdaşlığın inkişafı, birgə biznes forum və sərgilərin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında