Azərbaycan ilə Tacikistan arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilmişdir

Azərbaycanın Tacikistandakı səfiri Abbasəli Həsənovun bu ölkənin mədəniyyət naziri Mirzaşoxrux Asrori ilə görüşündə mədəniyyət sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə edilmişdir. 
Səfir Tacikistan mədəniyyət nazirinin başçılığı ilə nümayəndə heyətinin ölkəmizdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi tədbirlərində yaxından iştirak etdiyinə görə minnətdarlığını bildirmişdir.
M.Asrori demişdir ki, bir neçə gündən sonra Düşənbədə keçiriləcək "Fələk" xalq musiqisi festivalında Azərbaycan təmsilçiləri də iştirak edəcəklər. Eyni zamanda, tacik musiqiçiləri Azərbaycanda keçiriləcək musiqi yarışmasına qatılacaqlar.
Mədəniyyət naziri 2-3 tacik tələbənin Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsində təhsil alması təklifini irəli sürmüşdür.
Səfir bu istiqamətdə əlaqələri genişləndirmək üçün hər iki ölkənin müvafiq qurumları arasında əməkdaşlıq haqqında sazişin imzalanmasının vacibliyinə toxunmuşdur.
Abbasəli Həsənov demişdir ki, noyabr ayında Azərbaycanın Xalq Artisti Mənsum İbrahimovun rəhbərliyi ilə "Qarabağ" muğam üçlüyü Düşənbədəki İncəsənət Universitetində, Opera və Balet Teatrında, həmçinin Tacikistan Dövlət Konservatoriyasında konsertlər verəcəkdir.
Gəncə şəhəri ilə Tacikistanın Xocənd şəhərinin "Qardaşlaşmış şəhərlər" olduğunu xatırladan səfir Xocənddə də tacik musiqiçiləri ilə birlikdə konsert və ustad dərslərinin keçirilməsini təklif etmişdir.
Görüşdə Azərbaycanın Tacikistandakı səfirliyi, Tacikistan Milli Kitabxanası və Tacikistan Əlyazmalar İnstitutu ilə birgə Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar Düşənbədə konfrans keçirilməsinə hazırlıq işlərinin görüldüyü də qeyd edilmişdir.
Söhbətdə, həmçinin 2013-cü ilin may ayında Düşənbədə Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının tamaşaya qoyulması, 2013-2014-cü illərdə qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi və digər mədəni tədbirlərin təşkil olunması məsələləri müzakirə edilmişdir.

{nl}

Qulu KƏNGƏRLİ AzərTAc-ın xüsusi müxbiri
Düşənbə

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında