İşğal olunmuş Xocalıda hava limanının açılması Çikaqo Konvensiyasının müvafiq bəndlərinə ziddir və Azərbaycanın hava məkanının pozulması deməkdir

Ermənilər tərəfindən işğal olunmuş Xocalıda hava limanının istifadəyə verilməsi beynəlxalq qanunvericiliyə ziddir və təhlükəsizliyin təmin olunmasını təhlükə altına atır.
AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev demişdir.
Ermənilərin Xocalıda törətdikləri faciənin Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxdığını qeyd edən E.Abdullayev, burada hava limanının açılmasının Xocalı soyqırımı zamanı həlak olmuş insanların ruhuna ən böyük hörmətsizlik olduğunu bildirmişdir.
E.Abdullayev qeyd etmişdir ki, Ermənistan tərəfi Xocalıda hava limanını istifadəyə verməklə mövcud status-kvonun müddətinin uzadılması məqsədini güdür. Buradan həyata keçiriləcək istənilən uçuş Ermənistanın quruda həyata keçirdiyi işğalçı siyasətin davamıdır.
Xarici İşlər Nazirliyinin rəsmisi bir daha xatırlatmışdır ki, aeroportun açılması Çikaqo Konvensiyasının müvafiq bəndlərinə ziddir və Azərbaycanının hava məkanının pozulması deməkdir.
Mətbuat katibi bildirmişdir ki, bəzi beynəlxalq şirkətlər Ermənistan tərəfi ilə əməkdaşlıq edərək, Azərbaycanın işğal olunmuş ərazisindəki Xocalı hava limanında öz avadanlıqlarını quraşdırırlar. Bu qurumlardan biri "Tales" Fransa-Almaniya birgə şirkətidir.
E.Abdullayev xəbərdarlıq etmişdir ki, Xocalı hava limanında fəaliyyət göstərən bütün beynəlxalq şirkətlər Azərbaycanın işğal olunmuş ərazilərində öz qeyri-qanuni fəaliyyətlərini dərhal dayandırmalıdırlar. Əks təqdirdə, Azərbaycan tərəfi həmin şirkətlərə qarşı adekvat addımlar atacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında