AzərTAc ilə KUNA arasında əlaqələr etibarlı tərəfdaşlıq münasibətləri üzərində qurulmuşdur

Bu fikir İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Küveytin KUNA İnformasiya Agentliyinin baş direktoru və idarə heyətinin sədri Şeyx Mübarək əd-Dueyc əl-İbrahim əs-Subahın başçılıq etdiyi nümayəndə heyəti ilə AzərTAc-da keçirilmiş görüşdə səslənmişdir.
Baş direktor Aslan Aslanov Şeyx Mübarək əd-Dueyc əl-İbrahim əs-Subaha, nüfuzlu "əl-Qəbəs" qəzetinin baş redaktoru Vəlid ən-Nasafa və digər küveytli qonaqlara müstəqil Azərbaycanın təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, əldə olunan nailiyyətlər, AzərTAc-ın yaranma tarixi, keçdiyi inkişaf yolu, beynəlxalq əlaqələri barədə ətraflı məlumat vermişdir.
AzərTAc-ın KUNA agentliyi ilə Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) və Beynəlxalq İslam İnformasiya Agentlikləri Birliyi (İİNA) çərçivəsində uğurla əməkdaşlıq etdiyini xatırladan baş direktor hər iki agentlik arasında informasiya və təcrübə mübadiləsi sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirmişdir.
Şeyx Mübarək əd-Dueyc əl-İbrahim əs-Subah ətraflı məlumata görə təşəkkür etmiş, 2009-cu ildə agentliklər arasında bağlanmış əməkdaşlıq sazişinə uyğun olaraq informasiya və təcrübə mübadiləsinin genişləndirilməsinin vacibliyini vurğulamışdır.
İkinci Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan küveytli qonaq forumda müzakirə edilmiş mövzuların aktuallığını qeyd edərək, AzərTAc-ın rəhbərliyi ilə keçirilmiş "Müasir KİV-lər və yeni çağırışlar" mövzusunda "dəyirmi masa"nın informasiya agentliklərinin qarşısında duran problemlərin həlli yollarının müzakirəsi baxımından böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdırmışdır.
Küveyt Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Qəssan Yusif əz-Zavavi görüşdə iştirak etmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında