İsidoros KUVELOS: Azərbaycanda Olimpiya hərəkatının yüksək səviyyədə inkişafı məmnunluq doğurur

Azərbaycanda Olimpiya hərəkatının yüksək səviyyədə inkişafı məmnunluq doğurur. Azərbaycan idmançılarının hər dəfə Olimpiya oyunlarında qazandıqları uğurlar bu ölkədə idmana göstərilən yüksək səviyyəli diqqət və qayğının bariz nümunəsidir.
Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Yunanıstanın Beynəlxalq Olimpiya Akademiyasının prezidenti İsidoros Kuvelos AzərTAc-a müsahibəsində söyləmişdir.
Olimpiya hərəkatının mədəniyyətlərarası dialoqun gücləndirilməsində mühüm rol oynadığını söyləyən İ.Kuvelos Azərbaycanın bu sahəyə göstərdiyi diqqəti yüksək qiymətləndirmişdir.
İsidoros Kuvelos demişdir ki, Bakı Beynəlxalq Humanitar Forumunun keçirilməsi Prezident İlham Əliyevin irəli sürdüyü çox gözəl təşəbbüsdür. Çünki XXI əsrdə bəşəriyyət müzakirəyə ehtiyacı olan bir çox problemlərlə üzləşmişdir. Bu məsələlər humanizm nöqteyi-nəzərindən mütləq təhlil edilməlidir.
Azərbaycana ilk dəfə səfər etdiyini deyən İsidoros Kuvelos ölkəmizdə gördüyü səmimi münasibətin və qonaqpərvərliyin onda unudulmaz təəssüratlar yaratdığını vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında