Kiyevdə MDB-yə üzv dövlətlərin baş prokurorlarının Əlaqələndirmə Şurasının iclasında ermənilərin növbəti təxribatının qarşısı alınmışdır

Oktyabrın 2-də Kiyev şəhərində MDB-yə üzv dövlətlərin baş prokurorlarının Əlaqələndirmə Şurasının növbəti iclası keçirilmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə cinayətkarlığa qarşı mübarizədə birgə tədbirlərə dair dövlətlərarası əməkdaşlıq, insan alverinə, terrorçuluğa və ekstremizmin digər zorakı təzahürlərinə, habelə narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə, qanunsuz miqrasiya və gündəlikdəki digər məsələlər müzakirə edilmişdir.
İclasda Ermənistan nümayəndə heyəti Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun ölkəmizə verilməsinin qeyri-legitimliyi barədə tədbirin protokol qaydalarına zidd olan siyasi bəyanatla çıxış edərək şura tərəfindən müvafiq qətnamənin qəbul olunması barədə məsələ qaldırmışdır.
Azərbaycan Respublikası baş prokurorunun müavini Namiq Əsgərov tədbirdə çıxış edərək, Ermənistan nümayəndə heyəti tərəfindən qaldırılan məsələnin tam əsassız olduğunu, Ramil Səfərovun Azərbaycana verilməsinin "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyası əsasında həyata keçirildiyini və ölkə Konstitusiyasının 109-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericiliyə və beynəlxalq normalara müvafiq qaydada əfv olunduğunu bildirmişdir.
Namiq Əsgərov daha sonra Ermənistan tərəfindən həyata keçirilən işğalçılıq və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizdən çoxunun 20 ildən artıq müddət ərzində işğal altında saxlanıldığını, minlərlə dinc və günahsız azərbaycanlının zorakılıqla qətlə yetirildiyini, işğal nəticəsində 1 milyona yaxın insanın doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü tədbir iştirakçılarının diqqətinə çatdırmış, Ermənistan nümayəndə heyətinin qətnamə layihəsinə qarşı çıxmışdır.
MDB-yə üzv dövlətlərin baş prokurorlarının Əlaqələndirmə Şurası tərəfindən Ermənistan nümayəndə heyətinin təklifi rədd edilmiş və həmin məsələ üzrə hər hansı bir müzakirə aparılmamışdır.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında