Nobel mükafatı laureatı Deyvid QROSS: Qəbələni görməklə mən bir daha əmin oldum ki, ölkənizdə yalnız paytaxt Bakı şəhəri deyil, regionlar da sürətlə inkişaf edir

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmiş ABŞ-ın Kaliforniya Texniki Universitetinin professoru, fizika üzrə Nobel mükafatı laureatı Deyvid Qross Qəbələyə səfərinin yekunu ilə bağlı jurnalistlərə müsahibə vermişdir.
AzərTAc xəbər verir ki, amerikalı qonaq Azərbaycanın regionları ilə tanışlıq məqsədilə Qəbələyə səfər etdiyini, burada gedən sürətli inkişafın, tikinti-quruculuq işlərinin şahidi olduğunu diqqətə çatdırmışdır.
Deyvid Qross demişdir: "Qəbələni görməklə mən bir daha əmin oldum ki, ölkənizdə yalnız paytaxt Bakı şəhəri deyil, regionlar da sürətlə inkişaf edir. Bu sahədə, şübhəsiz ki, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığı sərəncamlar, qəbul etdiyi qərarlar mühüm rol oynayır. Qəbələ bənzəri olmayan turizm və sənaye şəhərinə çevrilməkdədir. Burada analoqu olmayan fabrik və zavodların, istirahət-əyləncə mərkəzlərinin, turizm obyektlərinin fəaliyyəti ölkənizin sürətlə inkişafından xəbər verir. Burada milli-mənəvi dəyərlərə, tarixi abidələrin qorunmasına da xüsusi diqqət yetirilir. Qəbələdə əhalinin işlə təmin olunması və yüksək səviyyədə yaşaması üçün lazımi işlərin görülməsi təqdirəlayiqdir. Ümumiyyətlə, Azərbaycanda olmaqdan çox məmnunam. Ölkəniz elə ilk dəfədən çox xoşuma gəldi. Təbiəti və iqlimi çox yaxşı olan Qəbələ sakit, stressiz şəhərdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında