Səbail müəllimlərinin bayram şənliyi

Prezident İlham Əliyevin sərəncamı ilə tikilmiş və bu il sentyabrın 4-də ölkə başçısının iştirakı ilə rəsmi açılış mərasimi keçirilmiş Səbail rayonunu Badamdar qəsəbəsindəki 329 saylı tam orta məktəbdə Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Müəllim Günü münasibəti ilə toplantı keçirilmişdir. 
İcra hakimiyyətinin başçısı Asif Əsgərov rayonun təhsil işçilərini təbrik etmiş, ulu öndərimiz Heydər Əliyevin Azərbaycan təhsilinə olan diqqət və qayğısından danışmışdır. O, Prezident İlham Əliyevin səyləri nəticəsində son illərdə respublikamızda tikilən və əsaslı təmir olunan təhsil müəssisələri, müəllimlərin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycan təhsilinin inkişafında böyük rolu olan Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər və rayonun təhsil uğurları barədə məlumat vermişdir. Başçı qeyd etmişdir ki, son 3 ildə rayon müəllimlərindən 3 nəfər "Tərəqqi" medalına layiq görülmüş, 9 nəfərə "Əməkdar müəllim" adı verilmişdir.
Bu il rayon təhsili üçün əlamətdar olmuşdur. Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə Badamdar qəsəbəsində 880 şagird yerlik yeni 329 saylı tam orta məktəb və 120 yerlik yeni uşaq bağçası tikilmiş, 49 saylı "İntellekt" liseyin həyətində 660 şagird yerlik yeni tədris korpusu istifadəyə verilmişdir. Dövlət proqramına uyğun olaraq liseyin köhnə binası, 50 və 203 saylı orta məktəblərin binaları əsaslı təmir olunmuş, 7 saylı orta məktəb üçün idman, akt zalları və 8 sinif otağı olan əlavə korpus tikilmişdir. Hazırda Bayılda 3 saylı musiqi məktəbi sökülərək yenidən tikilir. 44 saylı uşaq bağçasında əsaslı təmir işləri davam etdirilir.
Səbail rayonunun 189 saylı orta məktəbi "2011/2012-ci tədris ilində keçirilmiş "Ən yaxşı ümumtəhsil müəssisəsi" müsabiqəsinin, rayonun 11 nəfər müəllimi isə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibləri sırasında olmuşlar. 11 məzun qızıl medala layiq görülmüşdür. Keçən tədris ilində rayonun orta məktəblərini 1448 nəfər bitirmiş, onlardan 915 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 173 nəfəri 500-dən yuxarı, 41 nəfəri 600-dən, 8 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunların 87 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 3 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.
Tədbirdə çıxış edənlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına öz minnətdarlıqlarını bildirmişlər. Sonda rayonun bir qrup qabaqcıl təhsil işçisinə Rayon İcra Hakimiyyətinin qiymətli hədiyyələri təqdim olunmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında