AzərTAc ilə Argentinanın "TELAM" xəbər agentliyi arasında Əməkdaşlıq Sazişi imzalanmışdır

Oktyabrın 5-də "Kempinski Badamdar" otelində İkinci Bakı Beynəlxalq Humanitar Forumunun "Müasir KİV-lər və yeni çağırışlar" mövzusundakı "dəyirmi masa" çərçivəsində Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) ilə Argentinanın Milli Xəbər Agentliyi ("TELAM") arasında Əməkdaşlıq Sazişi imzalanmışdır.
Sazişi AzərTAc-ın baş direktoru Aslan Aslanov və Dünya Xəbərlər Agentlikləri Şurasının prezidenti, "TELAM"ın inkişaf meneceri Xuan Manuel Fonruj imzalamışlar.
Sənəd tərəflərin milli qanunvericiliyinə uyğun olaraq informasiya sahəsində ikitərəfli əlaqələrin genişəndirilməsi məqsədi ilə hər iki agentlik arasında xəbər, foto və video, həmçinin jurnalistika və idarəçilik sahəsində əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutur.
İmzalanma mərasimində sazişin dövlətlərimiz arasında informasiya sahəsində əməkdaşlığın daha da dərinləşməsində mühüm rol oynayacağı qeyd edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında