Amerika Məktəb Məsləhətçiləri Assosiasiyasının prezidenti Şeron Sevyer Azərbaycan Turizm İnstitutunda olmuşdur

Azərbaycan Turizm İnstitutunun beynəlxalq əlaqələri ildən-ilə genişlənir. Xarici ölkələrin bir sıra təhsil müəssisələrinin nümayəndələri davamlı olaraq ölkəmizə gəlir və beynəlxalq təcrübə mübadiləsində iştirak edir, müxtəlif interaktiv təqdimatlarla çıxış edirlər. Bu günlərdə institutda yenə belə bir görüş keçirilmişdir.
ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə ölkəmizə gələn Amerika Məktəb Məsləhətçiləri Assosiasiyasının ( ASCA) prezidenti xanım Şeron Sevyer səfər çərçivəsində Azərbaycan Turizm İnstitutunda olmuşdur. Qonaq "Amerikalı natiqlər silsiləsi" adlı proqrama uyğun "karyera tədqiqatı və məsləhəti" üzrə interaktiv təqdimatla çıxış etmişdir. O, eyni zamanda məruzəsi ilə bağlı sualları da cavablandırmışdır. Görüşün sonunda. Şeron Sevyer təhsil və mədəni tədbirlərə dair müvafiq proqramların işlənib hazırlanması istiqamətində ATİ ilə faydalı əməkdaşlığa əminliyini bildirmişdir.
Onu da qeyd edək ki, aparıcı amerikalı karyera məsləhətçisi Şeron Sevyer oktyabrın 7-dək Azərbaycanda olacaq. Bu müddət ərzində o, müxtəlif rayonlarda, bir sıra təhsil müəssisələrində "karyera tədqiqatı və məsləhəti" üzrə təqdimat keçirməyi planlaşdırıb.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında