Qaxda yeni inzibati bina

Qaxda tarixi keçmişimizin yaşadılmasına xidmət edən, milli-memarlıq üslubunda aparılan genişmiqyaslı təmir-bərpa işləri ilə bərabər, onlarla böyük sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələr həyata keçirilir, yeni-yeni sosial-inzibati binalar tikilir. Heydər Əliyev prospektində yeni inşa olunan Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binasında isə artıq tikinti işləri başa çatmışdır.
Sentyabrın 28-də həmin yeni, yaraşıqlı, müasir tipli binanın rəsmi açılış mərasimində DSMF-nin sədri Səlim Müslümov, rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev iştirak edirdilər. Açılışa toplaşanlar əvvəlcə rayonun mərkəzi meydanında ucaldılan ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək düzərək hörmət və ehtiramlarını bildirdilər.
Mərasimi giriş sözü ilə DSMF rayon şöbəsinin müdiri Vüqar Əhmədzadə açdı. O, şöbənin işinin müvafiq qanunvericiliyin tələblərinə uyğun qurulması, pensiya təminatı sisteminin təkmilləşdirilməsi üçün həyata keçirilən tədbirlərdən danışdı. O, istifadəyə verilən binada kollektivin işinin səmərəli təşkili üçün yaradılan şəraitdən söz açdı, göstərilən diqqət və qayğıya görə respublika Prezidenti İlham Əliyevə minnətdarlığını bildirdi.
Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev ölkəmizdə həyata keçirilən quruculuq işlərindən, o cümlədən sosialyönümlü tədbirlərdən söz açdı. Qeyd etdi ki, DSMF rayon şöbəsinin bu gün istifadəyə verilən yeni binası da dövlətimiz tərəfindən həyata keçirilən sosialyönümlü siyasətin, əhalinin pensiya təminatının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğının nəticəsidir. M.Şəkiliyev yeni binanın istifadəyə verilməsi münasibətilə şöbənin əməkdaşlarını, rayon ictimaiyyətini təbrik etdi, kollektivə uğurlar arzuladı.
DSMF-nin sədri Səlim Müslümov Qaxda görülən tikinti-abadlıq işlərini yüksək qiymətləndirməklə ölkəmizdə vətəndaşların pensiya təminatının hüquqi bazasının möhkəmləndirilməsi üçün qəbul olunmuş qanunvericilik aktlarından, həyata keçirilən islahatlardan danışdı. S.Müslümov kollektivə tövsiyələrini çatdırdı, şöbənin əməkdaşlarını yeni binanın istifadə verilməsi münasibətilə təbrik etdi və işlərində uğurlar arzuladı.
Sonra DSMF -nin sədri Səlim Müslümov və rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev binanın rəmzi açılışını bildirən qırmızı lenti kəsdilər.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında