Yubileyə həsr olunmuş silsilə tədbirlər

Yeni Azərbaycan Partiyasının yaranmasının 20 illik yubileyi münasibətilə YAP Masallı rayon təşkilatı tərəfindən silsilə tədbirlər həyata keçirilir.
Təsdiq edilmiş tədbirlər planına əsasən Mahmudavar kəndində beş ilk təşkilat nümayəndələrinin iştirakı ilə tədbir keçirildi. İştirakçılar əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etdilər və önünə tər çiçəklər düzdülər. Tədbiri giriş sözü ilə YAP Masallı rayon təşkilatının şura üzvü Nadir Abıyev açaraq iqtidar partiyasının nailiyyətlərindən söz açdı.
YAP Siyasi Şurasının üzvü, Prezident təqaüdçüsü Şirvan Əbilov məruzə ilə çıxış etdi. O, 1992-ci il noyabr ayının 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransında iştirakından, ulu öndər Heydər Əliyevlə unudulmaz görüşlərindən danışdı. Rayondakı Olimpiya İdman Kompleksində isə cənub bölgəsinin Masallı, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Biləsuvar rayonlarından Yeni Azərbaycan Partiyasının gənc üzvlərinin iştirakı ilə mini-futbol turnirinə start verildi. Açılış mərasimində qonaqları salamlayan YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev ümummilli lider Heydər Əliyevin xalq qarşısında tarixi xidmətlərindən, həmçinin ölkə həyatının müxtəlif sahələrində qazanılan uğurlardan bəhs etdi. Natiq yarış iştirakçılarına uğurlar arzuladı.
Yarışların ilk günündə Masallı-Yardımlı (8-2), Biləsuvar-Cəlilabad (3-2) və Lənkəran-Lerik (2-1) komandaları qarşılaşdılar.
Turnirə dünən yekun vuruldu. Finalda Masallı və Biləsuvar idmançıları qalib adı uğrunda həlledici görüşə çıxdılar. Gərgin mübarizədə Masallı futbolçuları qələbə qazandılar.
Qaliblərə və mükafatçılara diplomlar, qiymətli hədiyyələr təqdim olundu.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında