Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin yardımına ümid bəsləməsi əbəsdir

Azərbaycan hərbi əməliyyatlara başlayaraq işğal olunmuş Dağlıq Qarabağ bölgəsini azad etmək istəsə Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan dövlətlərin yardımına ümid bəsləməsi əbəsdir. 
AzərTAc xəbər verir ki, bu sözləri Ermənistanda nəşr olunan "Jamanak" qəzetinə müsahibə verən Rusiyanın Beynəlxalq və Strateji Tədqiqatlar Mərkəzinin siyasi eksperti, tanınmış politoloq Serqey Markedonov demişdir.
Avqust ayında KTMT-in Ermənistanda hərbi təlimlər keçirməsinə münasibət bildirən politoloq bildirmişdir ki, bu təlimlər psixoloji təsirdən başqa bir şey deyildir.
S.Markedonov bildirmişdir ki, hərbi əməliyyatların başlanacağı təqdirdə nə Qazaxıstan, nə Tacikistan, nə digər dövlətlər Ermənistana heç bir kömək göstərməyəcəklər. Onlar ən yaxşı halda hərbi əməliyyatların dayandırılması haqqında bəyanatla çıxış edərək kənarda qalmağı üstün tutacaqlar. Hətta Rusiyanın da Ermənistana kömək göstərəcəyini düşünmək sadəlövhlük olardı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında