Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi üçün rəsmi müraciət təqdim olunmuşdur

Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) İcraiyyə Komitəsinin 18-ci iclası keçirilmişdir.
AzərTAc Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak etmişdir. Nümayəndə heyətində MOK-un və İHİF-in vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov və MOK-un məsul işçisi, İslam Qadın və İdman Federasiyasının birinci komitəsinin üzvü Könül Nurullayeva yer almışlar.
Tədbirdə İHİF-in İcraiyyə Komitəsinə Azərbaycanın 2017-ci ildə İslam Həmrəylik Oyunlarına ev sahibliyi etməsi ilə bağlı rəsmi müraciət təqdim olunmuşdur. Azad Rəhimov və Çingiz Hüseynzadə iclasda çıxış etmişlər. Burada həmçinin, İslam Həmrəylik Oyunlarının paytaxtımızda keçirilməsi ilə bağlı ilkin texniki kitabın təqdimat mərasimi keçirilmişdir. Kitabda tədbirlər planı, görüləcək işlər, mövcud vəziyyət, nəqliyyat infrastrukturu, tibb sahəsi, idmanda əldə olunan uğurlar, könüllülərin iş prinsipi, turizmin inkişafı və sair mövzular əksini tapmışdır.
İclasda Azərbaycan və Bakı haqqında qısa videoçarx da nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında