Qəbələdə fabrik və zavodların, müasir turizm obyektlərinin yüksək səviyyədə fəaliyyəti regionda işsizlik probleminin həlli deməkdir

Qəbələ rayonunun tarixi keçmişi, müasir istirahət-turizm obyektləri, istehsal müəssisələri ilə yaxından tanış olan Qırğız Respublikasının keçmiş Prezidenti Roza Otunbayeva jurnalistlərə açıqlamasında II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfərindən və fürsətdən istifadə edərək Qəbələdə olmasından çox məmnun qaldığını bildirmişdir. 
AzərTAc xəbər verir ki, qonaq Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə çox böyük işlər görülərək uğurlar əldə edildiyini vurğulamışdır. O, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan müəssisələrin yaradılmasının şahidi olduğunu bildirmişdir.
Roza Otunbayeva demişdir: "Bölgədə analoqu olmayan "Beltmann" piano fabriki məni çox valeh etdi. Belə bir müəssisəni heç yerdə görməmişdim. Bu fabrikin Azərbaycanda fəaliyyət göstərməsi, doğrudan da, ölkənizin sosial-iqtisadi inkişafının göstəricisidir. Ümumiyyətlə, Qəbələdə gördüyüm fabrik və zavodların, müasir turizm obyektlərinin yüksək səviyyədə fəaliyyəti regionda işsizlik probleminin həlli deməkdir. İnanıram ki, burada insanlar iş tapmaqda əziyyət çəkmirlər. Mən Azərbaycanın regionlarında yeni müəssisələrin yaradılması hesabına işsizliyin aradan qaldırıldığını müşahidə etdim. Sizin ölkənizdə bu istiqamətdə işlər düzgün qurulub və göründüyü kimi, nəticələr uğurludur".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında