Uruqvay Gömrük Xidməti nümayəndə heyətinin Azərbaycana səfəri davam edir

Azərbaycanda səfərdə olan Uruqvay Şərq Respublikası Milli Gömrük İdarəsinin baş direktoru Enrike Pedraqosanın rəhbərlik etdiyi nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin (DGK) Mərkəzi Hospitalı və Dünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində olmuşdur. 
DGK-dan bildirmişlər ki, qonaqlara Mərkəzi Hospital və Dünya Gömrük Təşkilatının Bakıdakı Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyəti barədə məlumat verilmişdir.
Eyni zamanda, Uruqvay nümayəndə heyəti DGK-nın Kinoloji Mərkəzində və "Azərterminalkompleks" Birliyinin inzibati binasında da olmuşdur.
Qonaqlar Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük buraxılış məntəqəsinə də baş çəkmişlər. Məlumat verilmişdir ki, inşasına 2008-ci ildə başlanmış məntəqənin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq inşa edilmişdir. Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Diqqətə çatdırılmışdır ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri mövcuddur və gömrük buraxılış məntəqəsində "bir pəncərə" sistemi tətbiq edilir.
Uruqvay Gömrük Xidməti nümayəndə heyətinin Azərbaycana səfəri oktyabrın 6-dək davam edəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında