Baş Prokurorluq təkzib edir

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vəkil Adil İsmayılov bəzi kütləvi informasiya vasitələrində hüquqa və obyektiv reallığa söykənməyən bəyanatlar verməklə ictimaiyyətin fikrini əsl həqiqətdən yayındırmağa çalışmışdır. Belə ki, Elşad Abdullayevin Azərbaycan Respublikasına gəldiyi təqdirdə şəxsi təhlükəsizliyinin təmin ediləcəyi ilə əlaqədar Baş Prokurorluğun təminatına münasibət bildirərkən ictimaiyyətin diqqətini vaxtilə mərhum Rafiq Tağıyevə də, guya, belə bir təminatın verilməsinə yönəltmişdir.
A.İsmayılovun həqiqətdən uzaq həmin fikirlərini qəti şəkildə təkzib edərək bildiririk ki, "Sənət qəzeti"nin 2006-cı il 1 noyabr tarixli nömrəsində dərc edilmiş "Avropa və biz" adlı məqalədə dini nifrət və düşmənçiliyin salınmasına yönələn hərəkətlərin törədilməsi faktına görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işi üzrə yazı müəllifi Rafiq Tağıyev təqsirləndirilən şəxs qismində cəlb edilməklə Səbail Rayon Məhkəməsinin 2007-ci 4 may il tarixli hökmü ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin istintaqı zamanı R.Tağıyevin şəxsi təhlükəsizliyinin təmin edilməsi barədə istintaqa hər hansı müraciət daxil olmamış və Baş Prokurorluq tərəfindən bununla bağlı hər hansı bir prosessual tədbirlər görülməmişdir.
Bundan başqa, 2011-ci il 19 noyabr tarixdə Rafiq Tağıyevin qəsdən öldürülməsi faktı üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq edilən cinayət işi üzrə mərhumun ailə üzvlərinin müraciətləri əsasında onların yaşadıqları binanın və R.Tağıyevin dəfn olunduğu qəbiristanlığın ətrafında Daxili İşlər Nazirliyi tərəfindən təhlükəsizlik tədbirləri görülməsi təmin edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında