Azərbaycanın Fransadakı səfiri erməni əsilli bloqqerə layiqli cavab vermişdir

İngiltərədə nəşr olunan "Huffington Post" qəzetinin fransız variantının erməni əsilli bloqqeri Leylekiyan Ramil Səfərovla bağlı təxribat xarakterli sualla Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyova müraciət etmişdir.
Ölkəmizin səfiri cavabında bildirmişdir ki, Ermənistan zəbt etdiyi torpaqlardan qeyd-şərtsiz çıxmaq barədə Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsinə, Avropa Şurasının və Avropa Parlamentinin müvafiq qətnamələrinə məhəl qoymayaraq, 20 ildən artıqdır ki, Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlayır.
Elçin Əmirbəyov ATƏT-in Minsk qrupunun həmsədri olan Fransanın bu faktlardan xəbərdar olduğunu və Ermənistana bu qətnamələri qəbul etdirməyə çalışdığını vurğulamışdır. Səfir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımına da diqqəti cəlb etmişdir.
Ramil Səfərovun 1993-cü ildən indiyədək erməni işğalı altında olan Cəbrayıl rayonunda doğulduğunu xatırladan səfir, onun ailəsinin sağ qalan üzvlərinin 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün arasında olduğunu bildirmişdir. Diqqətə çatdırmışdır ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının rəsmi rəqəmlərinə görə, Azərbaycan qaçqın və məcburi köçkünlərin sayının ən yüksək olduğu ölkədir.
R.Səfərovun törətdiyi qətlə bəraət qazandırmadan, səfir onun bu əmələ görə 9 il həbs cəzası çəkdiyini, beynəlxalq normalara uyğun olaraq Azərbaycana ekstradisiya edildiyini və Prezident tərəfindən əfv olunduğunu xatırlatmışdır. Bildirmişdir ki, həmin hadisənin Ermənistanda nəyə görə bu qədər hay-küyə səbəb olması isə anlaşılmazdır.
Azərbaycanlı diplomat xatırlatmışdır ki, 2001-ci ildə Fransanın Orli beynəlxalq hava limanında törətdiyi və 8 nəfərin ölümünə səbəb olan partlayışa görə ömürlük həbs cəzası alan Varucan Karapetyan adlı erməni Ermənistana ekstradisiya olunmuşdur. O, Ermənistanda qəhrəman kimi qarşılanaraq dərhal əfv olunmuş, ev və işlə təmin edilmişdir. 1984-cü ildə türk diplomatlarını qətlə yetirdiyi üçün ömürlük həbs cəzasına məhkum edilmiş Yurgen Yanikyan Amerika hakimiyyəti tərəfindən əfv edilmişdir. 1989-cu ildə Fransa hökuməti Türkiyənin Parisdəki konsulluğuna qarşı terror əməli törətmiş və bir diplomatın ölümünə səbəb olmuş Malko Melkonyan adlı qatı terrorçunu azadlığa buraxmışdır. Səfir Ramil Səfərovun isə terror aktına görə deyil, törətdiyi qətlə görə mühakimə edildiyini bildirmişdir.
Azərbaycanın Fransadakı səfiri erməni əsilli bloqqerin diqqətinə çatdırmışdır ki, sadalanan faktları nəzərə alaraq, bütün dünyada bir çox qanlı terror aktları törətmiş erməni terrorçu təşkilatı ASALA-nın Azərbaycanın Budapeştdəki diplomatlarını öldürməyə səsləyən hədələrini ciddi qəbul etməmək qeyri-mümkündür. Çox təəssüf ki, Ermənistan hakimiyyəti Ramil Səfərovun azadlığa buraxılmasından Fransanın həmsədrlik etdiyi Minsk qrupunun sülh danışıqları prosesinə əngəl yaratmaq üçün şou kimi istifadə edir.

{nl}


Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında