Regionlarda su təchizatı layihələrinin icrası sürətləndirilir

Son illər Bakı şəhəri ilə yanaşı, ölkənin bütün regionlarında da içməli su təchizatı layihələrinin icrasına diqqət xeyli artırılmışdır. Eyni zamanda, ölkənin bütün şəhər və rayonlarında kanalizasiya sistemləri yaradılır, mövcud şəbəkələr tamamilə yenidən qurulur.
Xatırladaq ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda da bununla bağlı geniş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hazırda "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Dövlət Proqramına uyğun olaraq bölgələrdə içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində genişmiqyaslı işlər görülür, iri layihələrin icrası sürətlə davam etdirilir. İlkin mərhələdə isə bu kimi tədbirlər içməli sudan daha çox əziyyət çəkən yaşayış məntəqələrində həyata keçirilir.
Bu istiqamətdə görülən işlər çərçivəsində 2012-ci ilin doqquz ayında Lerik, Yardımlı, Xızı, Balakən, Ağcabədi, Samux, Zaqatala, Şəki, Goranboy, Ağdam və Qazax rayonlarının kənd və qəsəbələrində əhalinin keyfiyyətli içməli suya olan tələbatını ödəmək məqsədilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti "Birləşmiş Sukanal" MMC-nin sifarişi əsasında 23 subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilmişdir. "Birləşmiş Sukanal" MMC-nin xidmət göstərdiyi rayon mərkəzləri və kəndlərdə 140 kilometr uzunluğunda magistral və paylayıcı su xətti və 2,3 kilometr uzunluğunda kanalizasiya xətti çəkilmişdir. Bütün bu işlərlə eyni vaxtda yaşayış məntəqələrində ümumi tutumu 300 kubmetr olan su anbarları tikilmişdir. Görülən işlərin nəticəsi olaraq ötən müddətdə 32 mindən artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılmışdır.
Hazırda "Azərsu" ASC-nin "Birləşmiş Sukanal" MMC ölkənin 54 rayonunda bu istiqamətdə tədbirləri davam etdirir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında