Tae Yeonb JANQ: Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verəcəkdir

Bakı Beynəlxalq Humanitar Forumu mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verəcəkdir.
Bu sözləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş Koreya Respublikasının Hankuk Xarici Dillər Universitetinin xarici əlaqələr üzrə dekanı, professor Tae Yeonb Janq demişdir.
T.Janq forumda müzakirə ediləcək vacib məsələlərin bəşəriyyətin üzləşdiyi bir sıra problemlərin həlli yollarının tapılması işinə kömək edəcəyini əminliklə vurğulamışdır.
Professor T.Janq forumda dünyanın tanınmış siyasətçilərinin, Nobel mükafatı laureatlarının, bir sıra beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etməsini Azərbaycanın dünyada gündən-günə artan nüfuzunun bariz nümunəsi kimi səciyyələndirmişdir.
Qonaq həmçinin Bakı Beynəlxalq Humanitar Forumunun təşkilatçılığının yüksək səviyyədə olmasını xüsusi vurğulamışdır.
Bakının füsunkarlığından danışan koreyalı qonaq demişdir: "Gəzməli yerləriniz, fəvvarələriniz hər kəsdə yaxşı təəssürat yaradır. Burada hər şey səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər".

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında