Azərbaycan "Azərspace-1" peykinin orbitə buraxılması növbəsini gözləyir

Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı prosesi artıq başa çatıb.
Bu barədə "APA-ECONOMICS"ə açıqlamasında rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.
E.Vəlizadənin sözlərinə görə, Azərbaycan hazırda "Azərspace-1" peykinin orbitə buraxılması üçün növbəsini gözləyir.
Qeyd edək ki, "Azərspace-1" telekommunikasiya peykinin 2012-ci ilin sonunda-2013-cü ilin əvvəlində Cənubi Amerikada Fransa Qvianasında yerləşən Kuru kosmodromundan geostasionar orbitə çıxarılması planlaşdırılır. Peykin istehsalı isə ABŞ-ın "Orbital Sciences" şirkəti tərəfindən aparılıb. Bu ilin avqust ayında peykin orbitə çıxarılması və orbitdə bir illik istismar dövrü üçün Böyük Britaniyanın "Marsh" sığorta brokeri vasitəsi ilə peykin sığortalanması üzrə müqavilə imzalanıb.
E.Vəlizadə bildirib ki, peykin buraxılmasından sonra Avropa, Asiya və Afrika ölkələri onun imkanlarından yararlana biləcək və artıq bu ölkələr tərəfindən peykə böyük maraq göstərilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında