Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin IV qurultayı keçirilmişdir

Oktyabrın 3-də Dənizçilərin Mədəniyyət Evində Dəniz Nəqliyyatı İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin (DNİMHİRK) IV qurultayı keçirilmişdir.
DNİMHİRK-nin sədri Fərhad Quliyev komitənin 2006-cı il martın 1-dən 2012-ci il oktyabrın 3-dək olan dövr üçün fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış etmişdir.
Bildirilmişdir ki, Respublika Komitəsinin əsas məqsədi ittifaqın hər bir üzvü ilə işəgötürən idarə və müəssisə arasında qarşılıqlı hörmətə, qayğıya, qarşılıqlı anlaşmaya əsaslanan iş şəraiti yaratmaqdan ibarətdir. Həmkarlar İttifaqının 7609 üzvü vardır. Hazırda Respublika Komitəsi 17 ilk həmkarlar təşkilatını birləşdirir. Bunlardan 4 təşkilat azad həmkarlar ittifaqı komitəsi kimi, 13 təşkilat isə ictimai əsaslarla fəaliyyət göstərir. Respublika Komitəsində 2736 nəfər gənci birləşdirən Gənclər Şurası fəaliyyət göstərir.
Hesabat dövründə Respublika Komitəsinin Texniki Əmək Müfəttişliyi tərəfindən sahə xidmətinə daxil olan idarə, müəssisə və təşkilatlarda ümumilikdə 50 yoxlama-baxış reydi keçirilmiş, aşkarlanmış nöqsanlar barədə təqdimatlar tərtib olunmuşdur. Respublika Komitəsinə müraciət etmiş 483 nəfərə maddi yardım göstərilmişdir. İlk təşkilatların sifarişi əsasında 718 ədəd sanatoriya yollanışı alınıb paylanmışdır. Mənzil problemi, əmək haqqı, sosial məsələlərlə bağlı Respublika Komitəsinə daxil olmuş 25 ərizəyə baxılmışdır.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyev və digərləri çıxış edərək komitənin fəaliyyətini müsbət qiymətləndirmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında