Azərbaycan Respublikası IV çağırış Milli Məclisin deputatı Gülər Mikayıl Qızı Əhmədovanın deputat mandatından məhrum edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Q Ə R A R I

Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Gülər Mikayıl qızı Əhmədova 2012-ci il oktyabrın 1-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasına müraciət edərək Azərbaycan Respublikası Milli Məclisinin deputatı mandatından imtina etməsini bildirib və bu barədə qanunla müəyyən edilmiş qaydada qərarın qəbul edilməsini xahiş etmişdi.
Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndinə əsasən Azərbaycan Respublikası Milli Məclisinin deputatı özü imtina etdikdə deputat mandatından məhrum edilir.
Azərbaycan Respublikası Seçki Məcəlləsinin 175.3-cü və 176.1-ci maddələrinə görə Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən əsas olduqda, deputatın mandatdan məhrum edilməsi haqqında qərar bu barədə müvafiq müraciət daxil olduqdan sonra 2 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası tərəfindən qəbul edilir.
Həmin Məcəllənin 176.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndində göstərilən halda, Mərkəzi Seçki Komissiyası tərəfindən qərar qəbul edildiyi gündən birmandatlı seçki dairəsi üzrə seçilmiş deputat mandatından məhrum edilmiş sayılır.
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası müraciəti əsas götürərək və Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 5-ci bəndini, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.14-cü, 28.2-ci, 28.4-cü, 175.3-cü, 176.1-ci və 176.3 -cü maddələrinə uyğun olaraq q ə r a r a a l ı r :
1.Azərbaycan Respublikası IV çağırış Milli Məclisinin deputatı Gülər Mikayıl qızı Əhmədova deputat mandatından məhrum edilsin.
2.Bu Qərar dərc edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında