Mərkəzi Seçki Komissiyasının iclası keçirilmişdir

Oktyabrın 3-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir.
MSK-nın katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, iclasda əvvəlcə Mərkəzi Seçki Komissiyasının iyulun 9-da keçirilmiş iclasının protokolu təsdiq edilmişdir.
Sonra MSK 34 saylı Xətai ikinci seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilmiş Gülər Mikayıl qızı Əhmədovanın müraciətinə baxaraq onun deputat mandatından məhrum olunması barədə qərar qəbul etmişdir.
MSK 1 saylı Şərur-Sədərək, 80 saylı İmişli-Beyləqan, 93 saylı Bərdə şəhər, 103 saylı Gədəbəy, 104 saylı Gədəbəy-Tovuz və 107 saylı Qazax seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər etmişdir.
İclasda cari məsələlərə də baxılmışdır.
Komissiyanın iclasında ABŞ səfirliyinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında