Azərbaycan BMT-nin bir sıra qurumları ilə fəal və səmərəli əməkdaşlıq edir

Daxili işlər naziri general-polkovnik Ramil Usubov oktyabrın 3-də səlahiyyət müddətinin başa çatması ilə əlaqədar BMT-nin Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi Fikrət Akçura ilə görüşmüşdür. 
DİN-in mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R.Usubov son illər Daxili İşlər Nazirliyi ilə BMT-nin Azərbaycandakı Nümayəndəliyi arasında əməkdaşlığın dərinləşməsindən məmnunluğunu ifadə etmiş, bu işdə F.Akçuranın əməyini yüksək qiymətləndirmiş, gələcək fəaliyyətində səfirə uğurlar arzulamışdır.
Azərbaycanın BMT-nin transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin qanunsuz dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq konvensiyalarına və protokollarına qoşulduğunu, dünyanın bu mötəbər təşkilatının bir sıra qurumları ilə fəal və səmərəli əməkdaşlıq etdiyini qeyd edən R.Usubov, həyata keçirilən layihələrdə Daxili İşlər Nazirliyinin də yaxından iştirak etdiyini vurğulamışdır.
Fikrət Akçura fəaliyyəti müddətində respublikamızda böyük quruculuq işlərinin getdiyinin, iqtisadiyyatın dinamik inkişaf etdiyinin şahidi olduğunu, ölkəmizdə özünü tam təhlükəsiz hiss etdiyini, BMT-nin Azərbaycandakı Nümayəndəliyi ilə hüquq-mühafizə orqanları, həmçinin Daxili İşlər Nazirliyi arasında əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında