UNESCO-nun dünyanın bütün qitələrini təmsil edən səfirləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edəcəklər

UNESCO Daimi Nümayəndələri Klubunun (Cercle des Delegues) aparıcı üzvləri olan 14 ölkənin (Albaniya, Argentina, Avstraliya, Əfqanıstan, Cənubi Afrika, Honduras, Keniya, Konqo Demokratik Respublikası, Litva, Macarıstan, Madaqaskar, Niger, Oman, Portuqaliya, Seneqal) daimi nümayəndələri və müavinləri oktyabrın 4-5-də keçiriləcək Bakı Beynəlxalq Humanitar Forumda iştirak edəcəklər.
Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyindən bildirmişlər ki, qrupun tərkibinə UNESCO baş konfransının hazırkı prezidenti, Macarıstanın səfiri K.Bodyay, 33-cü baş konfransın keçmiş sədri, səfir Musa Bin Cəfər Bin Həsən, icraiyyə şurasının 158-162-ci sessiyalarının keçmiş sədri, səfir Sonia Mendieta de Badaroux, 4-cü elektoral qrupun sədri, səfir Gita Kamat, GKT qrupunun sədri, səfir Papa Momar Diop, Frankofoniya qrupunun sədr müavini Manda Kizabi və digərləri daxildirlər.
UNESCO səfirlərinin Forumun "dəyirmi masa"larında məruzələrlə çıxış edəcəkləri də nəzərdə tutulmuşdur.
Hazırda Daimi Nümayəndələr Klubuna Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Eleonora Hüseynova sədrlik edir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında