Cill MUŞKAT: Bakının möhtəşəm arxitekturası məni valeh etdi

Bakının möhtəşəm arxitekturası məni valeh etdi. Şəhərinizdəki müasir və qədim tikililər Bakının ümumi görünüşünə qeyri-adi gözəllik verir.
Bu sözləri Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın Ohayo ştatındakı Klivlend Klinik Hospitalının həkimi xanım Cill Muşkat demişdir.
Xalqımızın qonaqpərvərliyini xüsusi vurğulayan Cill Muşkat Bakı sakinlərinin mehriban və gülərüz olduqlarını qeyd etmişdir. Azərbaycana gəlməmişdən əvvəl respublikamız haqqında kifayət qədər məlumatının olduğunu deyən amerikalı həkim ölkəmizi ziyarət etməkdən məmnunluğunu vurğulamışdır.
Bakı Beynəlxalq Humanitar Forumu haqqında da düşüncələrini bölüşən C.Muşkat bildirmişdir ki, bu tədbirə hazırlıq çox yüksək səviyyədə aparılıb. Müxtəlif ölkələrdən olan mütəxəssislərin fikirlərini bölüşdüyü belə mötəbər beynəlxalq forumların keçirilməsi təcrübə qazanmaq baxımından çox əhəmiyyətlidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında