E.PRESKOT: Azərbaycanın belə bir foruma ev sahibliyi etməsi ölkəniz üçün çox əhəmiyyətlidir

Azərbaycanın belə bir foruma ev sahibliyi etməsi ölkəniz üçün çox əhəmiyyətlidir. Bunu Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Edvard Preskot AzərTAc-a müsahibəsində demişdir. 
E.Preskot bildirmişdir ki, sizin ölkəniz haqqında xeyli məlumatlıyam. Azərbaycan Avropa ilə Asiyanı qovuşduran, strateji əhəmiyyətə malik bir ölkədir. Deyə bilərəm ki, Azərbaycan həm də müxtəlif sahələrdə bir çox ölkələr üçün yaxşı tərəfdaşdır. Forum isə bu tərəfdaşlığı daha da artıracaqdır. Ölkənizdə iqtisadi inkişaf nəzərə çarpır.
Bakı ilə bağlı təəssüratlarından söz açan amerikalı alim demişdir: "Buraya gələndə elə hesab edirdim ki, inkişafdan qalmış bir əyalət şəhəri ilə qarşılaşacağam. Amma gözlərim qarşısında açılan mənzərə, doğrusu, məni çox heyrətləndirdi. İki gün bu şəhərdə qonaq olacağam. İnanıram ki, Bakının əsrarəngiz gözəllikləri, qədim, tarixi yerləri ilə tanışlığa fürsət tapacağam".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında