Nobel mükafatı laureatı Corc Fitzgerhald Smut: Azərbaycanda sürətli inkişafın şahidi oldum

Azərbaycanda sürətli inkişafın şahidi oldum. Bakıda olmağımdan çox məmnunam. Burada özümü vətənimdəki kimi hiss etdim.
Bu sözləri II Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün ölkəmizə gəlmiş ABŞ-ın Massaçusets Texnologiya Universitetinin alimi, fizika üzrə Nobel mükafatı laureatı Corc Fitzgerhald Smut demişdir.
C.Smut II Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən danışmış, tədbirin mədəniyyətlərarası dialoqun inkişafında müstəsna rol oynayacağını əminliklə qeyd etmişdir. Alim, həmçinin forumda maraqlı məsələlər barədə müzakirələr aparılacağını da vurğulamışdır.
Bakıya ilk dəfə gəldiyini deyən dünya şöhrətli alim şəhərin gözəlliyindən, xüsusilə gecələrinin möhtəşəmliyindən söz açmışdır.
Qonaq Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd etmişdir. Bu yerlərdən zövq aldığını deyən C.Smut Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırmışdır.
Nobel mükafatı laureatı forumdan sonra daha bir neçə gün Azərbaycanda qalacağını və ölkəmizlə yaxından tanış olacağını bildirmişdir.
Alim Azərbaycanın milli özəlliklərini özündə əks etdirən xüsusi hədiyyələri özü ilə vətəninə aparacağını söyləmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında