"BORUSAN" fəaliyyətini genişləndirir

"Borusan Makina və Güc Sistemləri Şirkəti" fəaliyyətinə 1994-cü ildə "Caterpillar"ın Türkiyə təmsilçisi kimi başlamışdır. Təmsil olunduqları ölkələrdə irimiqyaslı tikintiləri ekskavatorlar, qreyderlər, asfalt döşəyiciləri və digər spesifik avadanlıqlarla təmin edir. Şirkət həm də daş və aqreqat yuyulması sahəsində dünya lideri olan Şimali İrlandiyanın CDE Global firmasının rəsmi təmsilçisidir. 
Əldə olunan nailiyyətlərin nəticəsi olaraq "Borusan" qısa müddət ərzində fəaliyyətini Qafqaz və Orta Asiya regionunda genişləndirmiş, 1997-ci ildən Azərbaycan və Gürcüstanda, 1999-cu ildən Qazaxıstanda, 2004-cü ildən isə Qırğızıstanda geniş əhatəli işlərə başlamışdır. Şirkət artıq 15 ildir ki, Azərbaycanda həyata keçirilən neft-qaz və digər böyük layihələrdə təmsil olunur və öz müştərilərinə yüksək səviyyədə xidmət göstərir.
Oktyabrın 2-də Qaradağ rayonunda "Borusan Makina və Güc Sistemləri Şirkəti"nin yeni inzibati binasının açılışı və yüksək səviyyəli servis mərkəzinin yaradılması isə bu xidmətləri daha keyfiyyətlə aparmağa böyük imkanlar açacaq. Açılış mərasimində qurumun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə bir daha məlumat verildi. Bildirildi ki, Azərbaycanın son illər əldə etdiyi iqtisadi inkişaf bir çox irihəcmli neft və infrastruktur layihələrin reallaşdırılmasına şərait yaradıb.
Türkiyənin "Borusan Makina və Güc Sistemləri Şirkəti"nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri İsmayıl Şahin Bakı -Tbilisi - Ceyhan və Bakı- Ərzurum boru xətlərinin çəkilişlərində onların texnikalarından istifadə edilməsindən şərəf duyduqlarını və ölkəmizdə irimiqyaslı layihələrdə iştirak etmələrinə şərait yaratdığına görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdi. Türkiyənin ölkəmizdəki səfirinin müşaviri Qari Bilgin, Sənaye və Energetika Nazirliyinin, Qaradağ rayon icra hakimiyyətinin nümayəndələri də əlamətdar hadisə münasibətilə təbriklərini çatdırdılar. Yarandığı gündən təməlqoyma layihələri, mədənçilik və ümumi inşaat sektorları üçün avadanlıqlar istehsal edən və onların ehtiyat hissələrinin satışı, servisi və kirayə xidmətlərini təşkil edən "Borusan Makina və Güc Sistemləri Şirkəti"nə bundan sonra da uğurlar dilədilər. O da bildirildi ki, "Caterpillar" avadanlıqlarından istifadə edənlərə bundan sonra da geniş bir şəbəkədən yeni imkanlar yaradılacaq, Gəncədə və Bakıda fəaliyyət göstərən yeni servis mərkəzləri müştərilərə göstərilən xidmətin səviyyəsini daha yüksəklərə qaldıracaqlar.

{nl}

Mahir QABİLOĞLU


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında