Paytaxtın su anbarlarında yenidənqurma işləri aparılır

"2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı"nda paytaxtın mərkəzində və ətraf yaşayış məntəqələrində sosial infrastrukturun yenidən qurulması istiqamətində bir sıra mühüm tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu baxımdan sənəddə şəhərin mərkəzində və ətraf qəsəbələrda yaşayan sakinlərin keyfiyyətli içməli su ilə fasiləsiz təmin olunması, eləcə də kanalizasiya şəbəkəsinin tamamilə yenidən qurulması ilə bağlı tədbirlərə də geniş yer ayrılmışdır. 
Hazırda həmin tədbirlərin icraçısı olan "Azərsu" Açıq Səhmdar Cəmiyyəti tərəfindən bu istiqamətdə konkret işlər görülür, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə magistral su xətlərində, anbarlarda, nasosxanalarda təmir-bərpa və yenidənqurma işləri aparılır.
"Azərsu" ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, ötən müddətdə Bakı şəhərinin şərq hissəsində əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə "+110 Şərq" və "+ 69 Şərq" anbarlarında əsaslı yenidənqurma işləri aparılmışdır. Belə ki, "+69 Şərq" su anbarında uzun müddət istismarda olan 700 millimetr diametrli kollektor 1400 millimetr diametrli yeni kollektorla əvəz edilmişdir. Yeni kollektorun istismara verilməsindən sonra burada daha böyük həcmdə su ehtiyatının toplanmasına və paylayıcı şəbəkəyə ötürülən suyun həcminin artırılmasına imkan yaranmışdır. Eyni zamanda, anbarların çıxışında nasosxanaları normal təzyiqli su ilə təmin etmək məqsədilə çıxış kollektorları yenilənmişdir.
Xatırladaq ki, paytaxtın Xətai, Suraxanı, Nizami və Sabunçu rayonlarının 220 mindən çox sakininə içməli su bu anbarlardan verilir. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu ərazidə yaşayan sakinlərin fasiləsiz içməli su ilə təmin olunması üçün anbarlardan verilən suyun həcmi saniyədə 1,73 kubmetr olmalıdır. Halbuki hazırda ən yaxşı halda bu göstərici saniyədə 1,45 kubmetr təşkil edir. Digər tərəfdən, indiyə qədər 185 min kubmetr tutumu olan anbar kompleksinə sutka ərzində maksimum 125 min kubmetr su yığmaq mümkün olurdu. Anbarlarda aparılan əsaslı yenidənqurma işlərindən sonra bu göstəricini 180 min kubmetrə çatdırmaq və tələbatdan da artıq-saniyədə 2,14 kubmetr su ötürmək imkanı yaranacaq. Bununla da, paytaxtın Xətai rayonunun əksər hissəsini, Suraxanı rayonunun Yeni Günəşli yaşayış massivini, Sabunçu rayonunun Bakıxanov qəsəbəsini, həmçinin Nizami rayonunun bir hissəsini fasiləsiz rejimdə içməli su ilə təmin etmək mümkün olacaq. Eyni zamanda, suyun təzyiqinin artması 44 ədəd məhəllədaxili nasos stansiyasının və bunlara aid su anbarlarının ləğvinə də imkan verəcək.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında