Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumatda deyilir ki, 2012-ci il sentyabrın 30-u tarixinə olan statistikaya əsasən, Azərbaycanda əmək pensiyaçılarının 371 137 nəfəri ahıl vətəndaşlardır. Onlardan 147 934 nəfəri kişi, 223 203 nəfəri isə qadınlardır.
Ahılların müdafiəsi ilə bağlı Qətnamə BMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə qəbul edilmişdir və həmin Qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabr ayının 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Qeyd etmək yerinə düşər ki, xalqımızın ümummilli lideri Heydər Əliyev ahıllara qayğı və diqqətin təzahürü olaraq 2001-ci il iyunun 22-si tarixində "Ahıllara sosial xidmət haqqında" Azərbaycan Respublikasının Qanununu imzalamışdır. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.
Hazırda ahıl pensiyaçıların 275 723 nəfərinin yaşı 70 ilə 80 arasındadır. Pensiya alanlar içərisində yaşları 80-90 arasında olanların sayı 86 530 nəfərdir. Pensiyaçıların 8 884 nəfəri isə daha ahıl, yəni 90-dan artıq yaşı olan vətəndaşlardır. Azərbaycanda digər pensiyaçılar kimi ahılların da problemləri həmişə diqqət mərkəzində saxlanılır, yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və pensiyaların artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ölkəmizdə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək Azərbaycan Respublikası Prezidenti tərəfindən yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 7, sığorta hissəsinin artırılması ilə bağlı isə 6 sərəncam verilmiş, bununla yanaşı, əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilmişdir. Nəticədə yeni sistem fəaliyyətə başladığı dövrdən bugünə qədər əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 5,2 dəfə artmışdır. Hazırda ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 151 manat, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 167 manat təşkil edir.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında