Azərbaycan İsveçrəyə nota verib

Azərbaycanın İsveçrədəki səfirliyi bu ölkənin deputatlarının Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfərinə etiraz olaraq bu ölkənin Xarici İşlər Nazirliyinə nota təqdim edib.
APA-nın məlumatına görə, bu barədə jurnalistlərə Azərbaycan XİN mətbuat katibi Elman Abdullayev bildirib. Onun sözlərinə görə, İsveçrə Xarici İşlər Nazirliyi belə bir səfərin olduğunu təsdiqləsə də, səfərin şəxsi xarakter daşıdığını bildirib. İsveçrə XİN bu ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan edib.
Qeyd edək ki, Ueli Loyenberq və Dominik de Byumanın rəhbərliyi ilə İsveçrə parlamentində Ermənistanla dostluq qrupunun üzvlərindən ibarət heyət Azərbaycanın işğal altında olan ərazilərinə səfər ediblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında