Xarici İşlər Nazirliyi Azərbaycanın öz hərbi bazalarını İrana qarşı əməliyyatda istifadə üçün İsrailə verəcəyi xəbərini təkzib edib

Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi Bakının İrana hücum məqsədilə öz hərbi bazalarını İsrailə verəcəyi barədə bəzi kütləvi informasiya vasitələrində gedən məlumatları təkzib edib.
APA-nın məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bildirib ki, Azərbaycan dəfələrlə qonşu dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığını bəyan edib və öz ərazisindən qonşu dövlətə hücum məqsədilə istifadə olunmasına heç vaxt icazə verməz.
O, bu kimi məqalələrin əsassız və absurd olduğunu, reallığı əks etdirmədiyini və neqativ xarakter daşıdığını vurğulayıb.
Qeyd edək ki, "Reuters" agentliyi gizli mənbəyə istinadən İsrail İrana qarşı əməliyyata başlayacağı təqdirdə Azərbaycanın öz hərbi bazalarını İsrailə vermək imkanlarını nəzərdən keçirdiyini yazıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında