Azərbaycanda vətəndaşların dini etiqad azadlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlər öz bəhrəsini verir

Oktyabrın 2-də Qəbələ şəhərində dini icmaların rəhbərləri, din xadimləri, ilahiyyatçılar və ictimaiyyət nümayəndələri ilə görüş keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşlər. 
Sonra Qəbələ şəhər məscidinin yeni binasının inşası prosesi ilə tanışlıq olmuşdur.
Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı, akademik Vasim Məmmədəliyev, Milli Məclisin deputatı Fəttah Heydərov, AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə çıxış edərək ölkəmizdə dini etiqad azadlığının təmin olunmasına dövlət səviyyəsində yüksək diqqət və qayğı göstərildiyini bildirmişlər.
Qeyd olunmuşdur ki, bu gün ölkədəki tarixi tolerantlıq mühitinin, dini dözümlülüyün qorunub saxlanılması əsas məsələlərdən biridir. Azərbaycanda tolerantlığa, dinlərarası münasibətlərin qorunub saxlanılmasına böyük əhəmiyyət verilir. Azərbaycan cəmiyyəti digər müsəlman ölkələri ilə müqayisədə daha tolerant və dünyəvidir. Bu isə xalqımızın və cəmiyyətimizin xüsusiyyətidir. Tarixə nəzər salsaq görərik ki, Azərbaycanda heç vaxt məzhəb qarşıdurması və radikalizm olmamışdır. Bu, onu deməyə imkan verir ki, gələcəkdə də Azərbaycanda dini radikalizmin yayılması mümkünsüzdür.
Görüşdə dövlət-din münasibətlərinin daha səmərəli tənzimlənməsi, bu sahədə yerlərdə maarifləndirmə işinin təşkili, dini icmaların radikalizm meyllərinin qarşısının alınması məsələləri müzakirə edilmişdir. Dinlə bağlı məsələlərin həllində, əhalinin, xüsusilə də gənclərin maarifləndirilməsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirən natiqlər Azərbaycanda vətəndaşların dini etiqad azadlığının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin öz bəhrəsini verdiyini bildirmiş, hazırda ölkə üzrə 1802 məscidin fəaliyyət göstərdiyini, eyni zamanda 550-yə yaxın pir və ziyarətgahın olduğunu qeyd etmişlər.
Yerli din xadimləri rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlərdən, məscidlərdə mömünlər üçün yaradılmış münbit şəraitdən, dini icmalara dövlət qayğısından danışmışlar. Bildirilmişdir ki, hazırda Qəbələdə 45 məscid, 24 dini icma fəaliyyət göstərir və 3 ziyarətgah mövcuddur. Gələcəkdə də bu cür görüşlərin keçirilməsinin vacibliyi qeyd edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında