İkinci Bakı Beynəlxalq Humanitar Forumu keçiriləcək

Bakı Beynəlxalq Humanitar Forumu XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu elmi-siyasi platformadır. Forumun iştirakçıları beynəlxalq ictimai-siyasi fikri formalaşdırmaq iqtidarında olan tanınmış dövlət xadimləri, elmin müxtəlif sahələri üzrə Nobel mükafatı laureatları, mötəbər beynəlxalq təşkilatların rəhbər vəzifəli şəxsləri, dünyanın siyasi, elmi və mədəni elitasının görkəmli nümayəndələridir. 
2010-cu ilin yanvarında Azərbaycan Respublikası və Rusiya Federasiyası prezidentlərinin təşəbbüsü ilə Bakıda keçirilmiş Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul olunmuş qərara əsasən, 2011-ci il oktyabrın 10-11-də "XXI əsr: ümidlər və çağırışlar" şüarı altında Birinci Bakı Beynəlxalq Humanitar Forumu təşkil olunmuşdu.
Forum multikulturalizmin nailiyyətləri və problemləri, dünyanı dəyişən müasir texnologiyalar, elmlərin konvergensiyası, biotexnologiyalar və etikanın problemləri, inkişafın iqtisadi modellərinin humanitar aspektləri, sosial jurnalistika və yüksək texnologiyalar, postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemləri kimi aktual mövzular üzrə fəal müzakirələr və fikir mübadiləsi ilə yadda qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti Forum iştirakçılarının mövqeyini ifadə edən Bakı Bəyannaməsini dəstəkləyərək və tədbirin beynəlxalq miqyasda qaldırdığı problemlərin aktuallığını nəzərə alaraq, 2011-ci il oktyabrın 24-də "Bakı Beynəlxalq Humanitar Forumunun nəticələri haqqında" Sərəncam imzaladı. Sərəncama əsasən, Bakı Beynəlxalq Humanitar Forumunun ənənəvi olaraq keçirilməsi qərara alındı.
Forumun həmtəsisçiləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putindir.
Bakı Beynəlxalq Humanitar Forumunun əsas məqsədi humanitar və inteqrativ impulsların yaradılması ilə yanaşı, gələcəkdə beynəlxalq səviyyədə humanitar çağırışları aktuallaşdırmaqdan ibarətdir.
Forumun vəzifəsi ideyalar, nəzəri və praktiki bilik mübadiləsi, konstruktiv debat və müzakirələr üçün nəzəri və tətbiqi platforma yaratmaqdır.
Forumun nəticəsi beynəlxalq təşkilatlara, dünya ölkələrinə və ayrılıqda hər bir şəxsə ünvanlanmış tövsiyələr və müraciətlərdə təcəssüm olunur.
2012-ci il oktyabrın 4-5-də keçiriləcək İkinci Bakı Beynəlxalq Humanitar Forumunda 70 ölkəni və 7 mötəbər beynəlxalq təşkilatı təmsil edən 694 nəfər iştirak edəcəkdir. Onlardan 10 nəfəri sabiq dövlət başçısı, 11-i Nobel mükafatı laureatı, 5-i dünyanın nüfuzlu fəxri professoru (Emeritus professor), 10-u mötəbər beynəlxalq təşkilatları təmsil edən rəhbər vəzifəli şəxs, 55-i görkəmli ictimai və siyasi xadimdir.
Forumda müxtəlif ölkələrdən olan görkəmli elm və mədəniyyət xadimlərinin, o cümlədən Nobel mükafatı laureatlarının iştirakı ilə aşağıdakı istiqamətlər üzrə "dəyirmi masa"lar təşkil olunacaqdır:
İqtisadi inkişaf modellərinin humanitar aspektləri;
Konvergensiya edən texnologiyalar və gələcəyin konturları;
Müasir KİV-lər və yeni çağırışlar;
Postmodernist mədəniyyətdə ənənəvi dəyərlər sistemi;
XXI əsrdə qloballaşma proseslərinə yeni metodoloji yanaşmalar;
Müasir təbabətə və molekulyar biologiyaya baxışları dəyişən texnologiyalar;
Multikulturalizm və mədəni özünüdərk;
Cəmiyyətin həyatında multikulturalizm.
Tədbir çərçivəsində qonaqlar üçün Azərbaycanın paytaxtı Bakı şəhəri və ölkənin regionları, Azərbaycan xalqının zəngin mədəni irsi və incəsənəti ilə tanış olmaq üçün geniş proqramlar təşkil olunacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında