"Günəşli" yatağında daha bir quyu əsaslı təmirdən sonra istismara daxil edilmişdir

Azərbaycanın neft-qaz sənayesində əhəmiyyətli rola malik "Günəşli" yatağında yeni quyular qazılmaqla yanaşı, fəaliyyətsiz fond üzərində də məqsədyönlü işlər həyata keçirilir. 
Nəticədə vaxtilə istismarı dayandırılmış quyular texniki tədbirlər aparılmaqla yenidən işlək fonda qaytarılır. Hazırda yatağın işlənməsini həyata keçirən "28 May" Neft və Qazçıxarma İdarəsi tərəfindən bu istiqamətdə tədbirlər davam etdirilir.
"Azneft" İstehsalat Birliyi üzrə çıxarılan neftin 65-70 faizini verən bu yataqda hasilatı sabit saxlamaq məqsədilə geoloji-texniki tədbirlərlə yanaşı, cari və əsaslı təmirlərə də diqqət getdikcə artırılır. Bu günlərdə isə "Günəşli" yatağındakı 15-ci özüldən 431 saylı quyu əsaslı təmirdən sonra istismara daxil edilmişdir. Xatırladaq ki, quyu Qirməkialtı Lay Dəstəsindən 4105-4083 metr intervaldan sutkada təxminən 77 ton neft və 10 min kubmetr qaz hasilatı ilə işləyir. Sözügedən quyuda təmir işləri isə "28 May" NQÇİ-nin quyuların əsaslı və yeraltı təmiri sexi tərəfindən həyata keçirilmişdir.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında