Almaniyanın milli bayramı şərəfinə

Oktyabrın 2-də Almaniyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Alman Birliyi günü münasibətilə "Park İNN" mehmanxanasında rəsmi ziyafət təşkil etmişdir.
AzərTAc xəbər verir ki, Almaniya Silahlı Qüvvələrinin orkestrinin ifasında Azərbaycanın və Almaniyanın dövlət himnləri səsləndirildikdən sonra iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş videoçarx nümayiş etdirilmişdir.
Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri Herbert Kvelle qonaqları salamlayaraq demişdir ki, bu gün iki ölkə arasında əlaqələr dostluq zəminində inkişaf edir. Ölkələrimiz arasında əlaqələrin genişlənməsindən məmnunluğunu bildirən diplomat Almaniyanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu xatırlatmışdır.
Mərasimdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov əlamətdar gün münasibətilə alman xalqını Azərbaycan Prezidenti adından təbrik etmişdir. Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, idman və mədəni sahələrdə əlaqələrin əhəmiyyətini vurğulayan nazir müavini ikitərəfli əlaqələrin son illər intensiv inkişaf etdiyini diqqətə çatdırmışdır. Azərbaycanda yüzdən artıq alman şirkətin fəaliyyət göstərdiyini nəzərə çatdıran N.Səfərov iki dövlət arasında hüquq-müqavilə bazasının formalaşdığını xüsusi qeyd etmişdir. O, Azərbaycan ilə Almaniya arasında 70-ə yaxın sənəd, iqtisadi sahədə isə 30 müqavilənin imzalandığını tədbir iştirakçılarının nəzərinə çatdırmışdır. Nazir müavini ölkələrimiz arasında ticarət dövriyyəsinin ötən ilə nisbətən artdığını da vurğulamışdır.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında