"Euronews" yaxın gələcəkdə Azərbaycanla bağlı daha çox reportaj yayımlamağı planlaşdırır

"Euronews" telekanalı yaxın gələcəkdə Azərbaycanla bağlı daha çox reportaj yayımlamağı planlaşdırır.
Bu sözləri oktyabrın 2-də Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində "Euronews" ilə yaradılan telekörpü zamanı kanalın baş direktoru Maykl Piters söyləmişdir.
M.Piters bildirmişdir ki, hazırda "Euronews" BBC və CNN ilə müqayisədə Azərbaycan haqqında daha çox reportaj yayımlayır. Bu telekanal həm də region ölkələri arasında Azərbaycana daha çox üstünlük verir.
Baş direktor demişdir: "Ümid edirik ki, Azərbaycanın İctimai Televiziya kanalı ilə yaradılmış əməkdaşlıq nəticəsində "Euronews" bu ölkə haqqında daha çox reportaja yer verəcəkdir. Biz bunun üçün əlimizdən gələni edəcəyik".
Telekörpüdən əvvəl Maykl Piters "Euronews"un fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat vermişdir. O qeyd etmişdir ki, yaxın gələcəkdə telekanal verilişlərini 13 dildə yayımlayacaqdır. O, həmçinin kanalın xəbərlərinin mobil telefonlar vasitəsilə izlənməsinin mümkün olduğunu söyləmişdir. Baş direktor vurğulamışdır ki, "Euronews" təkcə telekanal kimi fəaliyyət göstərməklə kifayətlənmir, həm də Avropa əhalisi arasında bir körpü rolu oynamağı hədəfləyir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında